25 Nisan 2018 Çarşamba

Aziz Nesin hekayləri


Bu gün ilk dəfə Aziz Nesin yaradıcılığı ilə tanış oldum. 
Türk satira ustası Aziz Nesin yaradıcılığının ən böyük üstünlüyü onun hər yaşdan olan oxucu kütləsinə xitab etmək bacarığı idi. Onun əsərindəki qəhrəmanlar daha çox kiçik məmurlar, işsiz yoxsullar və sənətkarlardır. Bu əsərlərdə Aziz Nesinin gülüşü ürəkdən qopan acı qəhqəhə təsiri bağışlayır. Bu gülüş öldürmək gücünə qadirdir. "Qulluqçu tutmaq istəyirdik " adlı satirik hekayədə insanların ayaqlarını büdcələrinə görə uzatmamaları, qadınların özlərini daim qonşularla müqaisə etməsi," o edibsə biz də edək" fəlsəfəsinin necə gülünc olduğu ifadə olunub.

Digər hekayə, "Biz evə qəzet almırıq" məqaləsi isə hədəfi gözündən vurub. Qəzetlərin namünasib üslubla yazılması, daha çox ulduz, mənasız parıltını mövzu etməsi, uşaqların da bu qəzetlərdən yaxşı heç nə öyrənməməsi hekayənin ideyasıdır. Qəzetlərin maariflənmək vasitəsi olmasına baxmayaraq uşaqların tərbiyəsinə əks təsir göstərdiyi vəziyyətinə gəlib çıxması yazıçını çox narahat edıb. "İsmətimi necə qorudum" hekayəsi isə hər zaman üçün aktual olan namus bəlağətindən bəhs edir. Qadın "ismət" deyə deyə görmədiyi iş qalmır amma ağzından da "namus" kəlməsi düşmür. Yazıçı bununla yalançı, göstərməlik namus dağarcıqlarına kəskin tənqid ünvanlayır. 


Aziz Nesinin hər hekayəsi bir roman olacag qədər aktual mövzulara toxunulub. Hekayələri oxuyarkən üzünüzdə yaranacaq acı təbəssüm o hekayədəki mövzuların bu gün də həyatımızda rast gəldiyimiz gerçəklərlə ötüşdüyündən yox olacag. 

Hiç yorum yok:

Yorum Gönder