Qeyd edək ki, müsahibə özü də bir sınaqdır. Məktəbin bu sınaqdan, ümumiyyətlə, uşaqlardan hansı gözləntiləri var?
Ümumi inkişaf
Hesab olunur ki, 6 yaşlı uşaqlar aşağıdakı bilik və vərdişlərə malik olmalıdırlar:
Öz adını, soyadını, valideyinlərinin adını, onların harada işləmələrini, ev ünvanı və telefon nömrəsini bilməlidir.
Hansı ölkədə (şəhərdə) yaşadığını bilməli, ona tanış olan digər öllkə adlarını söyləməyi bacarmalıdır.
Ən geniş yayılmış bitki, heyvan, həşərat adlarını bilməli, heyvan, quş və balıqları bir-birindən fərqləndirməli, ev heyvanlarını vəhşi heyvanlardan seçməli, ağacları kollardan, meyvələri tərəvəz və giləmeyvələrdən seçməyi bacarmalıdır.
Vaxtdan baş çıxarmalı, günün saatlarını, ilin vaxtını, onların ardıcıllığını; ildə neçə ay, ayda neçə gün, gündə neçə saat olmasını, həftənin günlərini bilməlidir.
Təbiət və hava hadisələri barədə məlumata malik olmalıdır.
Əsas rəngləri bilməlidir.
“Sağ-sol” anlayışını bilməlidir.
Idmanın populyar növlərini, ən geniş yayılmış peşələrin adlarını, əsas yol hərəkəti qaydalarını, və yol nişanlarını bilməlidir.
Məşhur yazıçı və şairlərin adlarını söyləməyi bacarmalıdır.
Bayramları bilməlidir.
Nə ilə məşğul olmağı sevdiyini dilinə gətirməyi bacarmalıdır.
Ən əsası isə “məktəbə niyə gedir? “ sualına cavab verməyi bacarmalıldır.
Intellektual inkişaf
Uşaqlar:
Sadə məntiqi tapşırıqları, tapmacaları həll etməyi bacarmalıdır.
Qrupda olan artıq əşyanı tapmalıdır.
Çatışmayan əşyanı qrupa əlavə etməlidir.
Bu və ya digər əşyanın biri-birindən necə fərqləndiyini və ya oxşar olduğunu söyləməlidir.
əşyaları əlamətlərinə görə quruplaşdırmalı və onları adlandırmalıdır.
Hadisələrin ardıcıllığını bərpa etməyi (əvvəlcədən nə baş verdi, sonra nə oldu); şəkilləri düzgün ardıcıllıqla düzməyi bacarmalıdır
Eşitmə, görmə, diqqət, yaddaş, nitq
Uşaqlar:
Iki oxşar şəkildə 10-15 fərqi tapmalı,
Sadə mənzərəni dəqiqliklə köçürməli,
Yaddaşına görə şəkli təsvir etməli,
5-6 sözdən ibarət cümləni yadda saxlamalı, və onu təkrar etməli,
Qrafiki imla yazmalı (“bir çərçivə yuxarıda”, “iki çərçivə solda”, “iki çərçivə aşağıda”, “iki çərçivə sağda”.)
Şeiri əzbərdən söyləməli, nağıl danışmalı,
Eşitdiyi hekayəni danışmalı,
Şəklə görə hekayə tərtib etməyi bacarmalıdır.
Riyaziyyatın əsasları
Birinci sinfə qəbul üçün uşaqların bunları bilməsi vacibdir:
1-dən 10-a qədər (və əksinə) saymağı bacarmalı, bəzi rəqəmlərin buraxıldığı say sırasını bərpa etməlidir.
Onluq hüququnda hesablama əmliyyatı aparmalı, əşyaların sayını “bir”, “iki” dəfə artırıb azaltmağı-bacarmalıdır.
“çox, az, orta” anlayışlarını bilməlidir.
Sadə həndəsi fiqurları bilməli, həndəsi fiqurlardan applikasiya yaratmağı bacarmalıdır.
Əşyaları eninə, uzununa, hündürlüyünə görə fərqləndirməyi bacarmalıdır.
Sadə hesab tapşırıqlarını həll etməlidir.
Əşyanı iki-üç-dörd bərabər hissəyə bölməyi bacarmalıdır.
Oxu
Uşaqlar:
Hərfləri səslərdən, saitləri samitlərdən seçməyi,
Lazım olan hərfi sözün əvvəlində, ortasında və sonunda tapmağı,
Verilmiş hərfə görə söz tapmağı,
Sözləri hecalara bölməyi,
4-5 sözdən ibarət cümləni oxumağı bacarmalı və oxunulan sözü başa düşməlidir
Yazı vərdişləri
Məktəbdə dərsin uğurlu başlanması üçün vacibdir:
Qələm və karandaşı əldə düzgün tutmağı,
Düz, qırıq, sınıq, dalğalı xətləri düzgün çəkməyi,
Karandaşı vərəqdən ayırmadan şəklin konturları üzərində sona qədər hərəkət etdirməyi,
Nöqtə və çərçivəyə görə şəkl çəkməyi bacarmalı, simmetrik fiqurun çatışmayan hissəsinin rəsmini tamamlamağı,
Həndəsi fiqurun nümunəsini köçürməyi,
Rəsmin ştrixlənməsini davam etdirməyi,
Rəsmləri kontrdan çıxmamaq şərtilə səliqəli şəkildə rəngləməyi bacarmalıdır.
Müsahibə necə keçir?
Müsahibə, bir qayda olaraq, məktəbin tədris hissə müdiri, ibtidai məktəb müəllimləri, loqoped və psixoloqun iştirakı ilə keçir. Xarici dil təmayüllü məktəblərdə isə xaricindil müəllimi də iştirak edə bilər. Müsahibə valideyinlərin iştirakı ilə 15-20 dəqiqə çəkir. Müsahibə gedişində yuxarıdakı məcburi biliklər siyahısından olan suallardan istifadə oluna bilər. Uşağa verilən suallardan biri hökmən “ sən niyə məktəbə gedirsən?” olmalıdır. Məktəbə qəbul zamanı, ilk növbədə, uşağın yaşadığı ərazi, rayon əsas götürülür.
Öz uşaqlarının birinci sinfə hazırlıqlı olmasına (yazmaq, saymaq, və əlbəttə ki, oxumaq) nail olmaq üçün bəzi valideyinlər az qüvvə və vaxt sərf etmirlər. Lakin həyat göstərir ki, uşaqların məktəb həyatına uğurlu adaptasiya olmaları üçün bunlar başlıca şərtlər deyil. Ən əsas meyar uşağın məktəbin ilk günündən qoyduğu tələbləri (dərsdə oturmaq, müəllimə qulaq asmaq, tapşırıqları həll etmək) qəbul etməyə, öz davranışlarına nəzarət edə və məktəbin qaydalarına tabe olmağa hazır olmasıdır. Sadalanan bütün bunlar uşağın məktəbə hazırlığının əsas meyarıdır.
Mənim şəxsi fikrimə gəlincə, yuxarıda sadalana dövlət tələbləri 6 yaşlı uşaqlar üçün bir az ağırdır.
Hiç yorum yok:
Yorum Gönder