3 Haziran 2017 Cumartesi

Sevgi iksiri-Napoleon və Jozefina



Napoleon tarixə təkcə balaca boyu, böyük iddiası, inanılmaz iradəsi, sərkərdəlik və liderlik qabliyyəti, haqqındakı saysız-hesabsız rəvayətləri ilə deyil, eyni zamanda Jozefina ilə olan sevgisiylə də yazılmışdır. Onlar yaşadığları dövrdə bir-birlərinə rast gəlməsəydilər belə, xarakter və tale cəhətdən bir-birlərini çox tamamlamış iki şəxsiyyət olardılar.
Bu sevgi hekayəsi həyatdan çox uzaqdır. Real həyatın yaratdığı məntiqli beyin fiqurları bu sevginin səmimiyyətinə inanmaqda bir az çətinlik çəkir.
Jozefina Napoleon üçün nəinki bir qadın, həyat yoldaşı, imperatiça idi, o eyni zamanda Napoleonun bir şəxsiyyət, bir kişi, özünəinamlı bir kişi kimi yetişməyində böyük rola malik bir varlıq idi. Jozefinaya qədər Napoleon sadəcə kompleksli bir heç idi.
Onlar tanış olanda Jozefinanın əri ölmüş, iki uşağı ilə dul qalmışdı. Ailə həyatı baxımından bəxti gətirməsə də, yüksək təbəqədən olan insanlarının diqqətini özünə çəkmək baxımından tayı bərabəri yox idi. Əslində o qədər də gözəl olmayan bu qadıın həmsöhbətini özünə ram etmək bacarığı, əks cinsin heyranlığını qazanmaq üstünlüyü, cilvəsi, incəliyi ilə o zamanın zadəgan məclislərinin vazkeçilməz siması idi.
Əlbəttə bu şəkildə Jozefina incə cizgili ağ göyərçinə bənzəyir amma bunun səbəbi o idi ki, rəsm əsərini müəllifi öz sahibini əsəbləşdirmək istəməmişdi. Axı bu rəsm əsəri çəkiləndə Jozefina artıq iperatriça idi...

Ilk baxın Napoleon Jozefinanı bəyənməmişdi. Jozefina isə geri çəkilmək niyyətində deyildi. O Napoleonu evinə qonaq çağırdı. Bu Napoleonun tutunacaq bir yeri olmadığı vaxta təsadüf edirdi.
Bəs Jozefinanın məqsədi nə idi? Iki uşağı ilə dul qalan, sevgililəri ilə də münasibətləri alınmayan Jozefina artıq onu zəmanət altına ala biləcək ər axtarışında idi. Napoleon isə..
1796-cı il 9 martda Napoleon evlənəndən sonra ilk olaraq bunu deyir: “Mən elə bilirdim o varlıdır...” amma artıq Jozefina onu ovcunun içinə almağı bacarmışdı.
Onlardan birinin məqsədi ərə getmək, digərinin məqsədi işığa çıxmaq. Nəticədə ikisinin də evlilik haqqında mənafeləri üst-üstə düşürdü.
Onların məntiq evliliyi çox keçmədi ehtiraslı sevgi münasibətinə çevrildi. Ən azından Napoleonda belə idi. Jozefina isə bütün ömrü boyu ondan istifadə edirdi. Napoleonun toyundan bir qədər sonra getdiyi hərbi yürüş, sonralar apardığı müharibələr Jozefina üçün əsl mənfəət qaynağı idi. Onu müharibə maraqlandırmırdı, onu o müharibələrdən Napoleonun gətirəcəyi qiymətli hədiyyələr maraqlandırırdı. Napoleon orduda olduğu müddətdə Jozefina Parisdə heç bir əyləncəsindən geri qalmır, ürəyi istədiyi kimi yaşayırdı. Napoleonun yazdığı saysız-hesabsız məktublara demək olar ki, cavab yazmırdı. Daha çox vatını təşkil etdiyi ziyafətlərə sərf edirdi. Bir də sevgililərinə. Bəli, Jozefina sadiq deyildi. Napoleon bunu bilirdi. Onun üçün böyük zərbə olsa da qadından əl çəkə bilmirdi. Jozefina isə xəyanətini gizlətmirdi belə. Bu bəlkə də zəmanənin tələbi idi; o vaxt sevgilisi olmayan qadına lazımsız əşya kimi baxırdılar
 
Napoleonun arvadının xəyanət xəbərini alandan sonra da boşanmaq istəməməsinə səbəb sadəcə onu çox sevməsi deyildi. Burda həm də siyasi məqsədlər var idi. O bütün Fransız xalqının qarşısında uğursuz insan, kişi obrazını yaratmaq istəmirdi. Amma çox keçmir ki, Jozefinanın xəyanətini nəinki Fransa, bütün dünya bilir. Buna səbəb isə Napoleonun qardaşı idi. Jozefinanın təmtəraqlı qonaqlıqlara, geyim, bəzək-düzək, sevgililərinə xərclədiyi pullardan bərk narahat olan qraf Napoleona bu haqda geniş məktub yazır. Yavərin ehtiyatsızlığı ucbatından isə bu məktub tezliklə bütün qəzetləri bəzəyəcəkdi.

Jozefina üçün isə hər şey qaydasında idi. O Napoleonu necə əla alacağını bilirdi. Nəvazişi, sağalı, dili, məntiqli dəlilləri, tutarlı səbəbləri bu baxımdan o əsl usta idi.
Bəs nəyə görə Jozefina buna ehtiyac görürdü? Ərinə sadiq qalmaq bu qədərmi çətin idi? Bu Jozefina üçün bir oyun qədər ləzətlli idi. Jozefinanın özəlliyi, xarakterindəki şeytanlıq da məhz bunda idi. Napoleona da məhz belə qadın lazım idi. O hər şeylə insanları heyrətləndirmək, təsirləndirmək istəyirdi, yanındakı qadınla belə.
Illər keçəcək Jozefina hər kəsə sübut edəcək ki, Napoleon seçimində yanılmamışdı.
Napoleon Fransa imperatoru olduqdan sonra Jozefinanı imperatriça elan etmişdi. (1805)
Mərasim çox möhtəşəm, dəbdəbəli olmuşdu. Hər şey cütlüyün ürəyincə idi, lakin bu xoşbəxtliyi yarıda qoyan bir şey var idi; Jozefina ana ola bilmirdi. Və artıq tez-tez bu sözləri eşidirdi: “Ətrafdakı pişiklər belə bala verdi, tək imperatriçadan başqa”
Bu qəbul olunacaq bir şey deyildi. Napoleonun varisi olmalı idi. Tərəflər səbəbi bir-birinin üstünə atırdı. Jozefina əvvəlki ərindən olan uşaqlarını sübut göstərirdi. Indi artıq Napoleonun özünü təstiq etmək vaxtı çatmışdı. O artıq münasib namizəd axtarmağa başlamışdı. Napoleonun saysız-hesabsız sevgililərinə Jozefina dəli olsa da çox dərinə getmirdi. Vəziyyətin onun əleyhinə çevrilməsindən qorxurdu. Gücünu göz yaşlarına verirdi, Napoleon isə buna dayana bilmirdi. Əslində imperator üçün siqaret kimi dəyişdiyi qızların heç bir önəmi yox idi. Heç onların adını belə bilmirdi. Məqsəd bir an öncə ata olmaq, böyük imperatorluğa varis vermək idi. Jozefinanı artıq qorxu bürümüşdü. Amma nahaq, boşanmaq qaçılmaz idi.
  10 yanvar 1810-cu ildə baş verən boşanmada Jozefina bacardığı qədər çox şey qopartdı, ən başda isə imperatriça titulu həmişəlik onun idi. Jozi öz sarayinda əsl zadəganlar kimi yaşayırdı. Napoleon arada ona baş çəkməyə gəlir, onunla  söhbət edir, məsləhət alır, amma heç vaxt onunla tək qalmırdı. Imperator söz-söhbətlərin yaranmasını qəti istəmirdi. Hər halda onlar heç vaxt düşmən olmadılar.

Napoleon xəritəni önünə sərib cavan şəhzadə xanımlardan seçim edirdi. Ilk öncə Rus çarı ilə qohum olmaq istədi, lakin çar imtina etdi.
Mariya Luiza Napoleonla nigaha girəndə onların arasında xeyli yaş fərqi var idi. Buna baxmayaraq gənc qızın qarşısına qəti məqsəd qoyulmuşdu, imperatora varis vermək. Və o bunu bacardı.

Napoleon gənc arvadına elə məftun olmuşdu ki, hərbi düşərgədə olarkən özü də bilmədən böyük səhvə yol verdi; Mariyaya yazdığı məktubda o hərbi planlarından geniş şəkildə bəhs edirdi. Məktub düşmən əlinə keçəndə isə Napoleonun qalibiyyət üçün heç bir şansı qalmadı...
Napoleonun məğlubiyyətindən sonra hər şey dəyişdi. Keçmiş imperator Müqəddəs Yelena adasına sürgün olundu, Mariya Luiza öz vətəninə qayıtmışdı və Napoleonun təkidlərinə baxmayaraq adaya getmədi, onun artıq sevgilisi var idi. Napoleon isə ömrünün sonuna qədər oğluna həsrət qaldı. Onun yeganə təsəllisi Jozefinadan gələn məktublar idi. Onlar son ana qədər yazışdılar və Napoleon ölərkən dilindən son dəfə “Jozefina” kəlməsi eşidildi... 

Hiç yorum yok:

Yorum Gönder