Çox istəyirik ki, başqaları da qəlbimizdən keçənləri duya bilsin, amma onlar duya bilmir, başa düşə bilmirlər bizi, ona görə də həyat yollarında birgə yox, yan - yana, bir - birimizi tanımadan - bilmədən, hərə öz yoluyla addımlayır.
Somerset Moem - "Ay və qara qəpik "
Somersetin bu romanını bir neçə ay bundan əvvəl oxudum. Əvvəldən özümü psixoloji hazırladım( bir çox romanda olduğu kimi) çünki roman haqqında çox eşitmişdim.
Əsər xoşuma gəldi. Hamı tərəfindən bəyənilməyəcək bir tərzdə yazılıb amma təsir gücü çox idi. Əsər dahi Fransız rəssamı Qogenin həyatından bəhs edir lakin Qogenin öz dilindən yox, onu vaxtikən tanıyan, bu və ya digər şəkildə onunla rastlaşan müxtəlif insanların dilindən. O insanların bəziləri Qogenin dahiliyinin fərqində olur, onu xilas etməyə, daha yaxşı yaşamağına cəhd etməyə çalışır, bəziləri isə onu sərsəri dilənçi hesab efir. Qoge özü isə bütün qəlbi ilə özünün azadlığı, sərbəst ruhu üçün bütün streatipləri qırır. Rahat ev ortamından sərgəndan həyata atılan Qoge müxtəlif çətinliklə dözür məhz özünün daxilindəki çılğın rəssam ruhunu daha rahat ifadə etmək üçün. Əsərin adı ideyasını bütünlüklə ifadə edir. Alicənablıq və rəzillik, istedad və qəddarlıq bir ruhda vəhdət taparsa ay qədər əlçmatmaz olan dahilik işığına can atarkən, ona çatərkən onun uğrunda qara qəpiyə dəyməyən məişət meşşanlığını qurban vermək üstün tutulur.
Hiç yorum yok:
Yorum Gönder