«Bülbüllər
yalnızca musiqi səsləndirirlər, bizi
əyləndirmək üçün. Baxçaları talan etməz, tarlalarda yuva qurmazlar. Yalnızca cəh-cəh vurarlar.
Həm də ürəkləri parçalana qədər. Məhz bu səbəbdən günahdır bülbülü öldürmək.»
"Bülbülü öldürmək"in mövzusu bəlkə də çoxları üçün artıq öz aktuallığını itirmiş hesab oluna bilər. İrqi ayrıseçkiliyə günümüzdə bir o qədər də rast gəlinmir. Hər halda romanın bəhs olunduğu illərlə müqaisıdə. Lakin hər zaman məsum və zərərsiz insanlara qarşi olan haqsız münasibət bir bülbülü öldürmək qədər vəhşicəsinədir. Elə insanlar var ki onlar hardasa bir bülbül qədər zərərsizdir.
Harper Leenin bu romanı insani münasibətlər, irqi ayrıseçkilik, dürüstlük, vicdan və s mövzular üzərində qurulub. Atticus hər kəsin günahkar hesab etdiyi,"aşağı irq" Tomu müdafiə edən vəkildir. Necə vəkildirsə eləcə də vicdalı və ədalətli atadır. Oğlu və qızına hər zaman humanist, dürüst olmağı təbliğ edir. Bütün olanlara uşaq marağı ilə tamaşaçı olan Scout və Jem isə digər tərəfdən hər kəsin haqqında danışdığı, heç kimin görmədiyi qonşu Artur haqqında düşünür, onu görmək üçün planlar tökürlər. Artur isə heç kimin gözləmədiyi halda peyda olub öz qorxunc imicini dağıdaraq Scout və Jemi ölümdən xilas edir. Nostalgiya dolu uşaqlıq xatirələri fonunda təsvir olunan roman incə yumor hissindən də məhrum deyil. Lakin Atticusun bütün cəhdlərinə baxmayaraq Tom üstünə atılmış ləkədən canın qurtara bilmir. Ətalətsizliyin yaratdığı qara çalarlar romanın bu hissələrinə kölgə
Hiç yorum yok:
Yorum Gönder