12 Mayıs 2017 Cuma

Valideyinlər, Sevginizi gizlətməyin!


Mən ana deyiləm.Belə bir xəbəri hazırlamaq da mənə düşməzdi, çünki Qadın. Netdə kifayət qədər təcrübəli analar var. Lakin bu məqalədə ana kimi deyil, övlad kimi çıxış edirəm.
Qadın.netin facebook ünvanına gələn ismarıcların biri diqqətimi çəkdi.Adını israrla gizlədən xanım user anasına ünvanladığı bu yazını bizim adımızla paylaşılmasını istəyirdi.
“Sevimli Anam!
Səni çox istəyirəm… Bəlkə heç vaxt bu haqda səninlə danışmamışam. Amma hər dəfə səni üzdüyumdə, hirsləndiyimdə içimdə nə qədər peşman olduğumu, bir kənara cəkilib səni incitdiyim üçun hıçqıra-hıçqıra ağladığımdan heç xəbərin olmadı, Anam! Bir bilsən , Anam, sən hər an ağlımdasan, səndən uzaq olduğumda nə qədər darıxdığımı bir bilsən…
Bilirsənmi, hər zaman istəmişəm üzün gülsün, mənimlə fəxr edəsən və bir də ..mənə olan sevgini hiss etmək istəyirəm, anam..
 Nə qədər uzaq olsaq da sevgini qəlbimdə, ruhumda hiss etmek istəyirəm.. Bəlkə sənə heç vaxt deməmişəm… Ana, bu həyatda bir tək sənə “Məni bağışla !” demək istəyirəm… Səni çox, amma çoox sevirəm.

Hirslənəndə sənə cavab qaytarmağıma, kobud davranmağıma baxma ,Ana, Sənə hər zaman demək istədiyim söz “Bağışla məni, Ana! Səni incitdiyimə görə, bağışla.. Allah səni qorusun ,sevimli Anam mənim..
 Çox gecikmədən insanlara sevdiyinizi söyləyin… Yaxud kiməsə bağışla dəmək istəyirsinizsə bunu mütləq vaxtinda deyin yoxsa sonra , sonra çox gec ola bilər… Tələsin sevdiklerinizə sevdiyinizi söyləməyə…”
Soruşa bilərsiniz ki,burda nə var ki?? Ən normal hal- bir övladın anasına olan sevgisini sözlərə tökməsindən gözəl nə var??
Məsələ burasındadır ki, müəllif bunu nəinki öz səhifəsində paylaşmır, anasına üzbəüz demir, hətta bu sözlərin müəllifi olduğunu da təkidlə gizlətməyimi istəyir məndən. Məni narahat edən də məhz bu çalrdır Azərbaycan ailələrində mövcud olan qapalı mühit, rəsmiyyət, ciddiyyət. Əlbəttə mən valideyin və övlad arsında müəyyən mənada pərdə olmasının tərafdarıyam amma bu xüsusiyyət sabah sizin övladınızın sevdikləri ilə ünsiyyət qurmağında problem yaradacaqsa onda necə??
Mən övlad olaraq yanaşdım bu məsələyə, yadıma gələni valideyinlərimin pərdəli, ciddi münasibətini hiss etmişəm, övladını qucağına alıb o üzündən, bu üzündən marçıltı ilə öpən valideynlərə təəccüblə baxmışam həmişə. Bəli, həsrətlə yox , təəccüblə. Çünki mənim aləmimdə bu heyrətamiz bir şey idi. Vaxt keçdikcə valideyinlərimin uşaq ikən mənə aşıladığı bu soyuqqanlıq bütün xasiyyətimi formalaşdırdı, məndə insanlara qarşı hasar yaratdı.
Şərt sevməkdə deyil, sevgini göstərmək, hiss etdirmək lazımdır, əziz valideyinlər! Övladınıza məsuliyyətiniz qədər, ondan da çox sevginizi hiss etdirməlisiniz.
Bəs sizin övladınızla ünsiyyət məsələniz nə yerdədir, onunla sadəcə valideyinsiniz yoxsa dostluq edərək onun hisslərini açıq-aydın ifadə etməyinə şərait yaradırsız?
P.S bu yazı birneçə il əvvəl qələmə alınıb qadın.net saytında paylaşmışdım.

Hiç yorum yok:

Yorum Gönder