11 Mayıs 2017 Perşembe

İllüminati nədir?(arasdirma)

                           


Heç bir əqidə sahibləri haqqında deyilən sözlər, Maykl Ceksonun İllüminati qardaşlığı üçün seçdiyi fikir, qardaşlığı düzgün ifadə etmək baxımından bu qədər uğurlu olmamışdı :
“İllüminatidə siyasətçilər və prizidentlər çoban, məşhurlar çoban iti, adi insanlar isə qoyundur. Çoban itləri qoyunları oyadan kimi öldürülür...”
 İllüminatinin hərfi tərcüməsi “ aydınlaşanlar” deməkdir. Hər nə qədər aydınlığdan danışılsa da illüminatinin hər kəlməsi sirr, işarə və hər demək istədiyi fikir fərziyyələr doludur. Ümumiyyətlə dünya insanı iki hissəyə bölünüb bu barədə. Bir hissə kainatımızın, nəhəng bir qüvvə (yaxud da qüvəllər) tərəfindən idarə olunduğuna inananlar, digərləri isə bunun cəfəngiyyat olduğunu deyənlər. İkinci qrup belə olan halda bir fikir irəli sürür :” Əgər doğurdan da illüminati, massonluq kimi dünyanı idarə edən qüvvələr varsa, onlar həqiqətən mövcud olsydılar indi heç kim bu barədə açıq danışmaz, və ümumiyyətlə illüminati kimi haqqında dəhşətli faktlarla danışılan qardaşlıq həqiqətən mövcud idisə bu barədə heç kim bilə bilməzdi, nəinki bu barədə açıq danışmaq, işarə vurmaq mümkün deyildi...Bildiyiniz kimi illüminati massonluqun bir qolu, sələfi, davamçısı, necə deyərlər qurumun içində qrum idi. Hələ qədimlərdə elm adamlarının kilsə ilə apardığı kəskin mübarizədə kilsənin üstünlük qazanması, elm adamlarının deşirfrə olması, təqib edilməsi və məhv edilməsi masson birlinyinə olanlara, bu birliyin içində başqa bir gizli birlik- illüminati qardaşlığı yaratmağı vacib etdi.
Əvvəllər sadəcə elmi kilsədən müdafiə etmək, kilsənin təziqlərinə cavab vermək, din adamları ilə mübarizə aparmaq məqsədilə qurulan qardaşlıq uzun müddət gizi fəaliyyət göstərir. Daha sonra isə daha da geniş vüsət alaraq, bu dəfə artıq öz fəailiyyət dairələrini də genişləndirib, nəinki elmi müdafiə etmək, kilsəyə qarşı çıxmq, hətta bütün dünyaya rəhbərlək etmək iddiasında olurlar hansı ki, bu gün deyilənlərə inansaq onlar bunun öhdəsindən gəlirlər də...
Bu gün dünyanın hər nöqtəsində, hər sahəsində illüminati işarələrinə rast gəlmək olur. Dünyanın elə bir ərazisi, elə bir məhvumu(maddi, mənəvi) yoxdur ki orada illüminatidən bir parça, bir nöqtə olmasın. Musiqidən tutmuş memarlıqa qədər, pul vahidləri, tərsinə çevrilmiş sözlər, metro keçidləri, kitablar daha nələr nələr... hər şeydə bir az illüminati 
                                     
Bəs nədir bu illüminati ?
Yaranma tarixinə baxsaq təqvim 1776-cı ili göstərir. O vaxt Almaniyanın Münih şəhərində, Adam Weishaupt  və Baron von Kniggenin rəhbərliyi ilə gizli şəkildə yaradılan illüminatinin siqnalları isə hələ Qalileyin vaxtından eşidilir. Qardaşlığın yaranma məqsədi əvvəllər hər nə qədər  azad düşüncənin və elmin önündə duran maneələri aşmaq kimi görünsə də, daha sonraları gizli siyasi məqsədləri üzə çıxdı. Təsadüfi deyil ki, İllüminati dünya siyasət tarixində, bəlkə də indiyə qədər üzərinə ən çox sui-qəsd məsuliyyəti götürmüş bir qruplaşmadır..
İllüminatinin massonlardan ilhamlanaraq yaradıldığını söyləmişdik. Bəs masson dediyimiz təşkilat nədən xəbər verir və kainatda hansı məqsədlərlə mövcudur?
İlk olaraq onu deyim ki, massonlar illüminati qədər özləri haqqında məlumat yayamağa həvəsli deyillər və hər şeyə qadir mistik təşkilat imici qazanmaq üçün özlərini gizli saxlayırlar. “Mason” sözü fransız dilində olan “franc-maçon” sözündən götürülüb. Mənası “azad memarlar” deməkdir. Əsası XIII əsrdə qoyulan mason təşkilatları XVIII əsrin sonları-XIX əsrin əvvəllərində güclü təşkilata çevriliblər. Bir çoxları masonlarla sionist yəhudi təşkilatlarını eyniləşdirsə də bu təşkilatın əsasının xristianlar tərəfindən qoyulduğu deyilir. Daha dəqiq desəm, mason təşkilatının əsası İngiltərədə qoyulub. Belə ki, Britaniya kral ailəsinin mason lojası ilə sıx əlaqələrinin olması barədə faktlar varHazırda illüminatinin dünyanı 10 nəfərlik rəhbər, onların da 300 nəfərlik heyətlə idarə etdiyi söylənilir və qardaşlığın ən böyük hədəfi isə paytaxtı Qüds olan tək bir dövlət yaratmaqdır.
                                       
Belə bir sual yaranır, hardan alır illüminati bu qədər gücü? İlluminatinin gücünün səbəbi dünyanın ən güclü, ən varlı, sərmayəçilərindən, şirkət başçılarından və siyasətçilərdən meydana gəlir. Özünün dodaq uçuqladan sərvəti ilə illüminati çox güclüdür... hələ 2000-ci ildəki rəqəmlər illüminatiyə daxil olan bir “ailənin” sərvətinin 3 trilyon dollar olduğunu göstərirdi...( Burada “Ailə” deyərkən hansısa ata-ana daxil olan kiçik cəmiyyət nəzərdə tutulmur)
                               

 Bəs onlar bu sərvətdən necə, hansı məqsədlərlə istifadə edirlər? Əslində onlar üçün pul- öz rahatlığlarını təmin etmək üçün fərdi vasitə yox, yaşadığımız dünyanı həmişə bir qrup insanın əlində tutmaq üçün bir vasitədir. Öz ideyalarını cəmiyyətdə yayamaq, sirrli mövcudluğunu xatırlatmaq üçün bu gün illüminati ən çox incəsənətin memarlıq, musiqi və digər papulyar növlərindən istifadə edir. Bu baxımdan tək göz işarəsinə daha çox rast gəlirik. Günəş Allahı Ra tək göz olduğu üçün illüminati və massonların ayrılmaz simvollarından biri də tək göz təsvirdir.İllüminatinin fəaliyyət prinsipi isə öz qaydalarını işə salmaq üçün xaos yaratmaqdan ibarətdir. Məsələn anti-terror əməliyyatına başlamaq üçün 11sentiyabr hadisəsi labüd idi...

                                 
Son zamanlar bədii ədəbiyyatda da mövzularda illüminatiyə müraciət edilir. Soner Yalçının “ƏFƏNDİ” , Don Braunun “ Mələklər və iblislər” romanında bu barədə müxtəlif asbektlərdən yanaşılaraq xırdalanıb.

Hiç yorum yok:

Yorum Gönder