Belə insanlara gün içində rast gələrsiniz; kimisi
qısa bir yorğunluq fasiləsi verir, kimisi qəhvəsini qurtumlarkən ətrafı seyrə
dalmışdır, kimisi də dərin-dərin düşünür.
Beləliklə bu insanların bəziləri yalnız qalmağı istədikləri
üçün oradadırlar bəziləri yalnız qalmaq istəmədiklərinə baxmayaraq tək
başlarınadırlar.
Bu insanlardan biri də sən ola bilərsən. Özünü
yaxın tapdığın bir tərəfi seç!istəyərək tək qalanlardansan yaxud istəmədən
yanlızlığa məhkum olanlardan. Əgər birincilərdənsənsə:
İnsanlardan uzaqlaşmağa, bir azca olsun baş dinləməyə
ehtiyacın olduğu üçün tək başına qalmaq istəyərsən bəzən. Bu bir-iki saatlıq
anlar sənin üçün həyatın fasilə arasıdır sanki.
Bəziləriylə harasa getdiyində çox vaxt boş söhbətlərdən
darıxarsan və bunu büruzə vermək istəmirsən.
O qız bunu etmiş, bu uşaq məni sevir yəqin, ay bu
fotoşəkilimiz bu qədər layklamışlar." söhbətləri sənə görə deyil.
"İndi bu qədər kütlənin içində tək başıma
otursam qəribə qəribə baxırlar." düşüncəsini əsla vecinə almırsan. Kim nə
deyir-desin, sən anın dadını çıxararsan.
Yoldan keçənləri izləməyi sevərsən; xoşbəxt cütlüklər,
mübahisə insanları, yem arayışındaki göyərçinləri ... skamyada oturarkən saatı
soruşan, ünvan soruşan və ya yanına yaxınlaşıb otura bilərəmmi deyən, bir daha
görməyəcəyi insanlarla qarşılıqlı ünsiyyət qurmaqdan məmnun olarsan. Bu hər
zaman yalnız olduğun mənasını verməz. O saatlarda tək başınaykən, eyni günün
gecəsində evində bir qonaqlıq verəcəksən bəlkə də. Alarsan əlinə qəhvəni, taxarsan
qulaqciqlar, açarsan kitabını və öz dünyanda bir səfərə çıxarsın dərhal ordaca.
O oturacaqda, kafedə oturmağın ən gözəl yanı heç bir şey düşünməməkdir bəzən. Bəzən
də düşüncələrdə mövzudan mövzuya atlamaqdır. Uzun uzun dalmaqdır uzaqlara...
Yox əgər istəmədən tək qalmısınızsa onda vəziyyət
belədir:
Ağzına kimi dolu bir kafedə yalnız sənin tək
oturduğunu fərq etdiyində içinə bir kədər çökər. Nəyləsə məşğul görünmək üçün telefondamənasız
şeylər etdiyin belə olmuşdur. Orada oturma səbəbinin qəhvə içib dincəlmək deyil
də, Wi-Fi şifrəsini istəmək olduğunu hesab edərlər birdən deyə narahatsan:
"Görəsən qarsonun baxma səbəbi 'yenə gəldi Wi-Fi istəməyə"dirmi? kimi
düşüncələr beynində dönüb durar.
Sifariş vermək üçün garsona səslənməyə çəkindiyin də
olar. Birinci dəfə də səsini eşitməsə
ikinci səsləniş üçün hazırlanmaq 5 dəqiqəni alır.
Arada bir saata baxıb bəzilərini gözləyirmiş imici
də verməyə çalışdığın olur. Niyə etdiyinə sən belə bilmirsən! Yan masadakı xoşbəxt
insanları gördükcə öz həyatını təhlil etməyə başlarsın. Sonra birisi gələr
yanına, yanındakı kürsünü göstərərək "ala bilərəmmi?" deyə soruşar və
daha da yalnız hiss edərsən özünü. Çox keçmədən digər kürsüləri də bəziləri istər,
hətta bəziləri soruşmadan götürər və qalarsan yalnızlığınla tək başına. Və gözləyərsən
bir gün həyatını başdan aşağı dəyişdirəcək insanın gəlişini...
Hiç yorum yok:
Yorum Gönder