Xalqımızın ən qədim və köklü tarixə malik, milli mənəviyyatımızı özündə bütünlüklə əks etdirən və hər kəsin səbrsizliklə gözlədiyi əyləncə dolu bayram – Novruzun şən ab-havasını evimizdə səmimi bir konseptdə yaşatmaq evin xanımlarının öhdəsinə düşür.
Novruz dedikdə, gözümüzün önündə sözsüz ki, isti ev mühiti, doğmalar ətrafında keçən əyləncə dolu saatlar, bol nemətli, müxtəlif cür təamlarla bəzədilmiş masa canlanır. Bəs yaz interyerində Novruzu necə əks etdirmək olar? Aşağıdakı tövsiyyələr də elə Novruz dekor ideyaları mövzusundadır.
Yazın və oyanışın rəmzi Səməni.
Yazın gəlişini ilk təmsil edən göyərən səməni təbiətin canlanmasını əks edən, bayram ərəfəsində bütün evlərdə görə biləcəyimiz masaüstü dekordur. Bitkilər hər interyerə istilik gətirir, ona doğma görünüş bəxş edir. Elə isə, yazın gəlişini evlərdə yaşıllığı çoxlatmaqla hiss etdirin
Milli xalça və kilimlər.
Müasirləşən dövrümüzdə etnik print və aksessuarların nəinki moda, eləcə də interyer sahəsinə yansıması tarixi olan xalqlara qədim mədəniyyətini yaşatmaq imkanı verir. Evdə analarımızdan, nənələrimizdən qalmış əl işi olan xalça-palazları köhnə bilib, onları gözdən uzaq yerə atıb tozlandırmayın. Onları müasir interyerinizin digər aksessuarları ilə uyğunlaşdırıb evinizə mehriban ab-hava verin, beləcə milli adətimizi də qorumuş olacaqsınız.
Sandıqlar, mütəkkə və balışlar.
Sandıq qədim tarixə sahib ev əşyalarımızdan olub, incə tökmə naxışlarla bəzədilmiş zəngin görüntüsü ilə evi ziyarət edən hər bir qonağı özünə heyran edə biləcək interyer aksessuarıdır. Milli koloritli kilimlər, mütəkkə və balışlar isə xüsusən modern mebellə əhatə olunmuş evlərə xüsusi yaraşıq gətirir.
Sandıq qədim tarixə sahib ev əşyalarımızdan olub, incə tökmə naxışlarla bəzədilmiş zəngin görüntüsü ilə evi ziyarət edən hər bir qonağı özünə heyran edə biləcək interyer aksessuarıdır. Milli koloritli kilimlər, mütəkkə və balışlar isə xüsusən modern mebellə əhatə olunmuş evlərə xüsusi yaraşıq gətirir.
Milli ornamentli keramik çay və yemək dəstləri.
Yəqin ki, hər bir azərbaycanlı ailəsinin evində bu dəstlərdən qorunub saxlanılır. Bayram ərəfəsində keramik əşyalarınızı evin müxtəlif yerlərində dekor kimi və ya Novruz süfrəsində istifadə edə bilərsiniz.
Kəlağayı Azərbaycan qadınının qarderobunun ən qədim aksessuarıdır. Milli naxışlı bu əl işi olan kəlağayıları evin yumuşaq mebelləri üzərində istifadə etməyiniz ailə ab-havanıza bir məzə qatmış olacaq
Mənbə:zuleykhamagazine.com
salam! bahar bayramınız mübarək olsun! Yeni - yeni yaradıcılıq uğurlari diləyirəm. İşləriniz yüksək zövq nişansidir, ənənə və müasirliyin mükəmməl üzvi vəhdıtinin təcəssüümüdür.
YanıtlaSilTesekkur edirem))
Sil