3 Temmuz 2017 Pazartesi

ALEXANDRA CAVELIUS "Leyla"



İnternetsiz keçən 5-6 saatdan faydalanaraq "Leyla" romanını oxudum. ALEXANDRA CAVELIUSun aftobioqrafik romanı, 90-cı illərdə Bosna müharibəsi zamanı əsr düşməsi və çəkdiyi əziyyətlər barəsindədir. "Əziyyət" kəlməsi o insanların ordakı həyatını ifadə etmək üçün çox gücsüzdür. Həqiqi mənada insanlıqdan uzag bir 5 il olur. Leyla 16 yaşında əsir düşmüşdü və 22 yaşında artıg gələcəyə ümidi olmayan, güclü fiziki və psixoloji əziyyətlər görmüş, təcavüzə uğramış, hər cür təhqir olunmuş, ruhi problemləri ilə təkbaşına qalan, ətrafdan təcrid olan bir qadın idi.
Leyla güclü insan olur. Amma bəzən bu güc lazımsız olur. Şəxsən mən onu ölmək istəməməsi üçün qınadım. İnsan nə deyə bu işgəncələrdən üstün tutar həyatı?
Leylayla eyni taleyi minlərlə qadın da yaşayır. Onların heç biri normal həyata dönə bilmir. Müharibə qurtarsa da onun təsirləri o qadınları həyatı boyu izləyir...
Adətən belə kitablardan qaçıram. Amma "Leyla" özünün kədərli hekayəsi ilə oxucunu kilitləyir

Aleksandranın öz şəkillərinə baxıram, bu qadının hələ də gülə bilməsinə təəccüb edirəm...



Hiç yorum yok:

Yorum Gönder