12 Haziran 2017 Pazartesi

Su pərisi-əfsanədən gerçəyə...


Su pəriləri haqqında əfsanələrin tarixi  e.ə 5000-ci illərə qədər uzanır. Amma indinin özündə də bu əfsanələr öz aktuallığını saxlayır. Əslində buna insanların- fərqi yoxdur kişi ya qadın- ehtiyacı olduğu üçün belədir. Su pərisi anlayışında qadını cəlb edən nədir? Bir qadının heç vaxt əldə edə bilməyəcəyi həyat- dənizlərdə, adalarda sərbəst özü istədiyi kimi yaşayan, çəmənliklərdə rəqs edən, mahnı oxuyan, gözü tutan kişi ilə münasibət quran və o münasibətə sonuna kimi sahiblik, ağalıq edən su pəriləri...
Bir kişi üçün su pərisi nə anlayış daşıyır? Dəniz səfərlərində qəfil yoluna çıxan, çətinə düşəndə köməyinə çatan, yanlız xəyal edə biləcəyi nəvazişi ona yaşadan ehtiraslı su pəriləri...
Bəs əslində kimdir yaxud nədir su pəriləri??
Nəyə görə su pəriləri haqqında olan fikirlərdə onları gözəl,zərif, insanlara yaxşılıq etmək arzusunda olan bir bir varlıqlar kimi təqdim edirlər? Kim harda görüb yaxşılıq edən, gözəl su pərisini ki? Bax əslində bu da arzulardan irəli gəlir.
 Əvəzində isə istər Braziliyada, istər Xəzər dənizində, istərsə də lap yaxın müddət əvvəl Nefçalada tapıldığı iddia edilən( bu iddiaların heç biri öz sübutun tapmayıb) su pərilərinin real görüntüsü başqa şey danışır. Nefçalada “Tapılmış” su pərisinin şəklində uzun saçlı, bəli uzun saçlı amma çox eybəcər saçlı- çirkin hətta qorxunc  formada bir varlıq var. O öz qorxunc üzü , iyrənc əlləri, eybəcər saçları ilə heç də bizim xəyallarımızda qurduğumuz gözəl,mələk su pərilərinə oxşamır...
Su pəriləri haqqında əfsanələrə demək olar ki,bütün xalqların mifologiyasında rast gəlmək olar. Ən çox da Yunanların zəngin folklorunda. Bu miflərdə su pəriləri adətən adalarda,dəniz sahillərində tək və yaxud toplu halında yaşayan ehtiraslı mələklərdir. Hansı ki Allah eləməmiş  bir dənizçinin, səyyahın yolu oradan düşsəydi o zaman su pəriləri onun geri dönməsinə heç cürə razılıq verməzdilər. Bu kolorit az da olsa özünü “Odissey” əsərində də göstərir. Düzdür ordada Odisseyi buraxmaq istəməyən qadınlar yarı balıq olmasa da, dəniz yaşamı ilə bilavasitə əlaqədə olan mələklər idi. Yunan su pəriləri adətən yaxşı mövqedə çıxış edirlər. Əgər kiminsə həyatına son qoysalar belə bunu qəsədən deyil, insan fiziologiyasını bilmədiklərinə görə edirlər. Onlar qonaqpərvərliklə insanları suyun altındakı kralığa aparanda başa düşmürlər ki, insan suyun altında nəfəs ala bilməz. Bəlkə də bunun vicdan əzabıdır ki onlar növbəti kişini xoşbəxt etmək üçün sahildə növbə çəkirlər.
Rus folklorunda bir az fərqlidir su pərilərinə baxış açısı. Ümumiyyətlə rus nağıllarında az qala bütün surətlər mənfidir. Sanki ruslar bu dünyada yaxşı varlığın olmasına inanmır.Onların su pəriləri adalarda ,dənizlərdə deyil, bataqlıqda peyda olur ( Bəlkə də onların dəniz qıtlığı çəkdiyi üçün əlverişli coğrafi məkan seçə bilmirlər) özü də heç də xoş niyyətlə peyda olmurlar. Onlar birmənalı şəkildə kimisə özünə qurban seçmək məqsədi ilə ova çıxır. Onların ovu çox vaxt sadə rus çobanı-ivan,pyotor olur.Bu çobanlar çirkli bataqlıqdan çıxan gözəl su pərisini-yarıçılpaq qadını görəndə təbii olaraq özünə nəzarəti itirir və növbəti kadr-artıq çoban bataqlıqda çabalayır...Rus su pəriləri rəqsi,musiqini çox sevir onlar gur səslə oxuyub ətrafdakıları başına yığımağı da xoşlayır. Rəvayətə görə su pəriləri ildə bir dəfə bir həftəlik bayram təşkil edirlər özlərinə. Və əslində bəxti gətirən həmin vaxt onlara rast gəlməyəndir
Şərq folklorunda su pərilərini anlamaq çətin məsələdir. Onlara adətən iri dənizlərdə,sıldırım qayaların altındakı dəryalarda rast gəlmək olar. Onlar da bütün su pəriləri kimi ehtiraslı,macərapərəstdirlər və onlar da iri gəmilərə hücum etməyi,dənizçiləri başdan çıxartmağı, gəmini batırmağı- bir sözlə fəlakət yaratmağı adət bilirlər.Onlarla rastlaşan dənizçilər faciənin yaxınlaşmağını qəti hiss etmirlər. Gözəl pərilərin ağuşunda məst olan dənizçilər özlərinə ya dənizin dibində,ya qayalara çırpılanda gəlirlər.

Bəzi rəvayətlərə görə su pərilərinin mənşəyi zina etmiş və bunu üçün cəza olaraq dənizlərə atılmış qadınlardan alınıb.O qadınlar ki,onların davamçıları bunun qisasını bütün kişilərdən almağa qərarlıdırlar.Bu rəvayətlərdə su pəriləri qəddar,iyrənc,ölü uşaq cəmdəkləri ilə qidalanan bədheybətdir.
Avropa mənşəli folklorda isə onlar sadəcə rəqsi xoşlayan,çəmənliklərdə özlərinə məclis quran oxuyan-oynayan, xoşməramlı varlıqlardır.Onlar suda boğulan insanları xilas edir və bunu heç vaxt dilə gətirmirlər. Su pərisinin öz yaxşılığını sirr kimi saxlamağı vacibdir.
İşin elmi tərəfini araşdırsaq bu barədə 3 nəzəriyyəyə rast gələrik. İlk fikirdə o nəzərdə tutulur ki, sən demə bu su pəriləri XIX əsrə qədər yaşayıbmış. Alimlər bu məxluqların barəsində hələ Arstotelin də yazdığını əsas gətirərək tutuşdurma aparıb və belə qənaətə gəlirlər ki, onurğasız varlıqlar keçən əsrə qədər hələ də sualtı səltənətlərini sürürmüşlər. Onlara inansaq nəinki su pəriləri, qar adamları,hətta qulaybanılar da sadəcə bir nağıl qəhrəmanı deyil,həqiqət imiş
İkinci fikir isə bu və ya digər dövrumuzdə nəsli kəsilmiş,daha sonra indi bizim üçün sadəcə nağıl qəhrəmanı olan dinozavrlardan tutmuş su pərilərinə qədər - onlar dünya yaranandan mövcud imişlər amma müəyyən təbiət hadisəsində nəsilləri kəsilib necə ki dinozavrların buz dövründə nəsli kəsilib.
Belə baxanda bir şey də diqqətimi çəkir; Əgər indi nağıllarda,əfsanələrdə rast gəldiyimiz surətlər vaxtilə olubsa niyə vaxtilə olan varlıqların nağıllarda yeri yoxdur?? Məsələn əjdaha mifi var amma ona aid heç bir tapıntı yoxdur. Eyni zamanda dinozavrın vaxtilə mövcudluğu sübut olunub amma  ona aid heç bir nağıl mövcud deyil...
Üçüncü nəzəriyyəçilər isə əsl nihilist kimi çıxış edirlər.Onalara görə su pərisi əslində ucu- bucağı görünməyən dənizdə başın itirmiş dənizçinin gözünə görünə biləcək ən təbii qarabasmadır. Və nəzərə alsaq ki, dənizin dalğalanan səthi müxtəlif görüntülərə səbəb olur...Bəs o varlıqların çıxartdığı səs? Musiqi? Bu barədə yaranan söz-söhbətdə deyilir ki, su pəriləri ilə qarşılaşan insanlar onların qulaqbatıran səslər çıxartığının şahidi olublar. Alimlər isə bu barədə susurlar.
Bir fakt da var,bir çox ölkələrdə- Yaponiya da başda olmaqla- dalğıc olmaq istəyən qadınların kişilərə nisbətən şansları daha çox idi, belə ki, qadınların kişilərə nisbətən soyuq suda qalma ,bədəninin suya davam gətirmə qabliyyəti daha üstün idi. Qadınlar dənizdə əsl balıq kimi üzür, asan nəfəs alsın deyə suyun üzünə çıxanda səslər çıxardırdılar  ki, bu səs də musiqi səsinə oxşayırdı. Bu dalğıc qadınlarla qarşılanan təsadüfi dənizçilər onların üzmə,eyni zamanda oxuma məharətinə gendən baxıb su pərisi olduğunu zənn edirmişlər.
Onu gördüyünü iddia edənlərin siyahisına baxsaq adi vətəndaşlar,içkibaz qocalar,uzun müddət dənizdə olan orta əsr səyahları,bizim müasir dövrdə Xəzərdə,və  nəhayət ən son sensassiya- Nefçalada su pərisi “görən insanlara rast gələrik
Mən mifik obrazları çox sevirəm. Tutduqları mövqedən aslı olmayaraq onların biz insanlara humanizm siqnalları verdiyinə inanmaq istəyirəm. Təkcə su pəriləri deyil,elə şaxta babaları da bu baxımdan qədimlərdən bizə humanizm mirası kimi dəyərləndirirəm. Və bu yaşıma qədər hələ də bir gün onlarla qarşılaşacağımı,bu qarşılaşmadan da yanlız yaxşı təəssüratlarla ayrılacağımı xəyal edirəm. 

Hiç yorum yok:

Yorum Gönder