16 Mayıs 2017 Salı

Qara zirə(çörəkotu) və faydalar


Artıq 3000 ildən çoxdur ki, Şərqdə qara zirənin faydalarından, müalicəvi xüsusiyyətlərindən istifadə edilir. 1400 il bundan əvvəl Peyğəmbər (s.ə.s) bildirdiyi “Qara zirədə ölümdən başqa bütün xəstəlikləri şəfa vardır” hədis bu yağın nə qədər faydalı olmasından xəbər verir.
Kimyəvi tərkibi:
Qara zirə yağının tərkib hissəsi 100-dən çox komponentdən ibarətdir: Myristic (0.5%), Palmitic (13.7%), Palmitoleic (0.1%), Stearic (2.6%), Oleic (23.7%), Linoleic (Omega-6)(57.9%), Omega-3 (0.2%), Arachidic (1.3%), zülal, kalsium, dəmir, mis, sink, fosfor, tiamin, ribofllavin, pyridoxine, niasin,f olasin və s.
Faydaları:
1.Qara zirənin üyüdülmüş dənələrinin balla qarışdırılmış halda istifadəsi öd kisəsi və böyrəklərdəki daşları əritməyə kömək edir.
2.Bağırsaq qurdlarını məhv edir.
3.Soyuqdəymədə qara zirəni qaynadaraq kompres hazırlayıb başa qoymaq kömək edir.
4.Tüstüsü ağcaqanadları və digər həşəratları uzaqlaşdırır.
5.Təzə çıxan xalların üzərinə qoymaqla onların inkişafının qarşısını almaq və dərini təmizləmək üçün istifadə olunur.
6.Qara zirənin qəbul edilməsi sümük iliyinin və immun sistemin həyat üçün vacib olan hüceyrələrinin yaranmasını stimullaşdırır, bu da birbaşa xərçəng xəstəliyinin qarşısının alınmasına xidmət edir.Xərçəng xəstəliyi olanlar hər səhər bir ədəd zirə soğanının şirəsini acqarına içsə, xəstəlikdən xilas olması iddia edilir.
7.Şəkərli diabetin qarşısını alır.
8.Həmçinin boğaz xərçəngi olan xəstələrin hər gün davamlı olaraq balla qara zirə yağı içməsi tövsiyə olunur.
9.İlan sancması zamanı zəhərə qarşı vasitədir.
10.Saç örtüyünü bərpa edir və ağarmasının qarşısını alır.
11.Böyümüş limfodüyünlərinin ölçülərini tənzimləyir.
12.Hepatit xəstəliyi olana ana südündə 1 saat isladılmış zirə dənələrini qoxlatmaq müsbət təsir edir.
13.Görmə qabiliyyətini yaxşılaşdırmaq üçün süsən çiçəyinin yağı ilə qarışdırılmış zirə dənələrini qoxlamaq lazımdır.
14.Əsəb sisteminə yaxşı təsir göstərir.
15.Qan dövranını və üzün rəngini yaxşılaşdırır.
16.Damar xəstəliklərinin müalicəsi,o cümlədən baş-beyin damarlarının sklerozunda güclü təsirə malikdir.
17.Körpə əmizdirən anaların südünü artırır
18.Sürtmə yolu ilə ziyilləri əridir.
19.Zökəm,təngnəfəsliyi,sarılığı və impotensiyanı müalıcə edir və s.
Xəbərin davamında konkret olaraq hansı xəstəliyə necə tətbiq etmək barəsində məlumat verəcəyəm.1.Astma(tənginəfəslik),öskürək və ağ ciyər iltihabı
1.Səhər və axşam 1 çay qaşığı.
2.Xəstəlik olan yerə sürtmə.
3.Sinənin və kürəyin zirə yağ ilə(bundan sonra “yağ”) ovuşdurulması(masaj)
4.Qarqara etmək-1litr suya 1 x.q.
5.Zeytunla qatışdırılmış yağı sinəyə sürtülməsi(1:5 nisbətində)
6.Yağın buxarı ilə nəfəs almaq və habelə,çay qaşığının dörddə bir miqdarını dilin altında saxlamaq


2.Revmatizma(əzələ ağrıları)
1.Ac qarına 5 diş sarımsaq yemək,1 saat sonra dəmlənmiş 1 st darçın çayına 5 damcı yağ əlavə edib
içmək.
2. Yağı zeytunla qarışdırıb isidəndən sonra ağrıyan yerə çəkmək.
3.Yuxuya getməzdən qabaq qaynadılmış zirənin balla qarışdırılmış qarışığını içmək.
3.Qulaq xəstəlikləri
1.Yağın bir damcısını qulağa damcılamaq-qulağı təmizləyir və ağrısını kəsir.Təzə sarımsağın 1 dişini 25 qr yağda 3 gün islatmaq.Alınmış qatışıqdan bir neçə damcı bilavəsitə qulağa damcılatmaq və yağdan qulaq ətrafına sürtmək.
4.Doğuş zamanı
1.Ağrıları azaltmaq üçün yağı balla qarışdırıb içmək
5.Qan təzyiqinin yüksəlməsi
1.1çay qaşığı döyülmüş zirəni isti çaya əlavə edib,hər gün səhər yeməyindən əvvəl 2 diş sarımsaqla qəbul
etmək.
2.Yağı qaynar çay ilə qarışdırıb içmək və bədəni yağ ilə ovxalamaq.
6.Mədə yarası
1.Səhər və axşam 1 ç.q zirə,kətan toxumları ilə (1 x.q kətan toxumu 1 st suya)2 dəq qaynatmaq,sonra durulmağa qoymaq və hər gün 1 st içmək(şirniyyat və sitrus meyvələri yemək məsləhət görülür)
2.1o damla yağı 1 fincan balla qarışdırmaq,hər səhər acqarına 1 qaşıq yemək,üstündən 1st süd içmək.Bunu 2 ay fasiləsiz etmək.
7.XƏRÇƏNG
1.Yaği xərçəngə tutulmuş sahəyə sürtmək.
2.Gündə 3 dəfə 1 ç.q yağ və 1 st yerkökü suyunu qarışdırıb içmək,3 ay.
8.Tənbəllik
1.Yağın 10 damcısın 1 st portağal şirəsi ilə qarışdırmaq və bu mayeni 10 gün ərzində yuxudan duran kimi içmək.(Ən əsası:Sübh namazından sonra yatmamaq)
9.Yaddaşın yaxşılaşması
1.Yağın 7 damcısın qaynadılımış nanəyə əlavə etmək və balla bir az şirinləşdirmək,gündə 1 dəfə acqarına, isti halda içmək.
2.Nanəni qaynama halına çatdırmaq,ona 7 damcı yağla balı qarışdırmaq,istənilən zaman isti halda içmək(Çay və kofeni dayandırmaq)
10.Şəkərli diabet
1.1 st zirə toxumu,vəzəhri,0,5 st nar qabığı döymək,onları yaxşıca qarışdırmaq və acqarına 1 x.q qəbul etmək(Qarışığı soyuq yerdə saxlamaq).
11.Göz xəstəliyi
1.Yatmazdan əvvəl gicgahlara və göz qapaqlarına yağdan sürtmək.Eyni zamanda,7 damcı yağı isti yerkökü şirəsinə qatıb içmək.
12.Yuxusuzluq
1.Bir ç.q yağı bal ya da çayla qarışdırıb şam yeməyindən əvvəl içmək
13.Ürəkbulanma
1.Bir ç.q döyülmüş toxumu mentolun həliminə əlavə etmək və gündə 3 dəfə içmək.
14.Diş ağrısı
1.Ağız boşluğunu yağ və alma sirkəsinin qarışığı ilə yaxalamaq.
2. Döyülmüş zirənin zeytun yağı ilə yumşaq kütlə halına gələnədək qarışdırmaq və ağrıyan dişin üstünə qoymaq
3.Ağrıyan dişlərə 1-2 damcı yağ sürtmək
15.Bağırsaq köplərində
1.Döyülmüş toxumları,şirin şüyüdü və istiot nanəsini bərabər hissələrdə qarışdırmaq,3-7 damcı yağ əlavə etmək,balla şirinləşdirmək.Bunlardan çay kimi hazırlanır.
2.Alma sirkəsi və zirə ilə qarına kopmpres qoymaq.
16.Saçların müalicəsi
1.1 x.q toxum,rukola şirəsi,alma sirkəsi,100 ml. zeytun yağı.Toxumları rukola şirəsi ilə qarışdırmaq və 10 dəq. dəmə qoymaq,alma sirkəsi və zeytun yağı əlavə edib qarışdırmaq,şüşə butulkaya boşaltmaq.Saça çəkib 20 dəq. sonra adi qaydada yumaq.
2.Dəmrov,keçəllik və ekzema varsa-xəstəlik olan yerə gündə 3 dəfə yağı sürtmək.
17.Sızanaqlar üçün
1.Üzü təmizləmək üçün gündə 20-25 damcı yağ istifadə etmək.
18.Qadın xəstəlikləri:qarında və sinədə dəri çapıqları
1.Həftə ərzində hər gün 3 ç.q ağrıyan yerə sürtmək,qarqara etmək.Dəridə şiş və başqa törəmələr əmələ gəlibsə-1 ç.q zirəni səhər-axşam qəbul etmək və gündə 3 dəfə ağrıyan yeri masaj etmək.
19.Cinsi zəiflik
1.Yağ ilə belin aşağı hissəsini ovxalamaq və masaj etmək.0,5 st isti suda 1 qaşıq bal,zirə və çay qaşığı ilə bir çobanyastığı qarışdırıb istənilən vaxt içmək.
20.Qara zirədən hazırlanmış çay.
Bu çay qarın köpməsində,ishalda,öd kisəsi sancılarında,sidikqovucu,ödqovucu,işlədici və mədə dərmanı vasitəsi kimi istifadə olunur.Onu doğuşdan sonra südü az olan analara məsləhət görürlər.Çayın tərkibi: 1 ç.q doğranmış toxumları 50 ml. Qaynar suya töküb,10 dəq dəmə qoymaq və süzmək.Gündə 2 dəfə,1 fincan qəbul etmək.
Soyuqdəymə və bronxitə qarşı çay: 1 x.q xırdalanmış toxumlar,1 ç.q biyan kökü və aptek çobanyastığı çiçəkləri,yarım çay qaşığı cirə toxumu.Bunlar bir qabda qarışdırılır və üstünə qaynar su tökülür.10 dəq dəm alır,süzülür.İstifadə zamanı şirni(bal) qatılır.
Qara zirənin heç bir əks -təsiri yoxdur ! (həm yağı həm toxumu) Orqan köçürülməsi zamanı zirənin tətbiqi qadağandır.Çünki bu zaman immunitet güclənir,nəticədə bədən orqanı rədd edə bilər.Eyni zamanda qadınların hamilə olduğu müddətdə də qəbul edə bilməzlər,lakin doğuş zamanı,doğuşdan sonra məsləhət görülür.
Unutmayın;hər zirə-qara zirə deyil !Onun zəhərli çeşidləri də var.Ona görə də istifadə zamanı əmin və diqqətli olun.
Mənbə : M.İ.Hacıyev,A.A.Məmmədov : “Qara zirə və onun yağı ilə müalicə”

Hiç yorum yok:

Yorum Gönder