Çoxdan oxumaq
istədiyim bir romanının qarşıısndan bu yaxınlarda bir + qoydum. Romanı
oxuumamışdan əvvəl özümü psixoloji cəhətdən hazırlamışdım. Çünki mövzu çox uzaq
keçmişdə olmayan dünyamızın mövcud gerçəklərindən bəhs edirdi.
Roman
aftobioqrafik səciyə daşıyır. Müəllif Somalinin ilanmələyən çöllərindən
Londonun lüks otellərinə qədər keçdiyi yolları heç bir nüans axsatmadan nəql
edir. Əsərdən bədiilik axtarsaz sadəlohvlük etmiş olarsınız. Əsəri besteller
edən tərəfi onun bədii gücü yox, mövzusunun real və aktual olmağıdır.
Bu əsərlə tanıış
olandan sonra eyni əsrdə, eyni planetdə yaşayan insanların həyat şəraitlərinin,
məqsəd və hədəflərinin, həyat tərzlərinin, məişət qaydalarının, ömrlərinin necə
bu qədər fərqli ola bildiyinə təəccübləndim.
Solamidəkilərlə
bizim yaşadığımız həyatın son nöqtəsi- ölümü də fərqli olur. Yəni Solamidə
insanlar adətən eyni səbəbədən ölürlər. Acından, susuzluqdan, şəraitsizlikdən,
zəhərli ilan və əqrəblərlə bir yerdə yaşamağın verdiyi “mükafatdan”, dodaq
çatladan səhralarda rastlaşdıqları yırtıcı heyvanların hücumundan və s...
Əsərin müəllifi
evdən qaçdığı vaxt səhrada ağacın altında yıxılıb qalarkən qarşısında bir şir
peyda olur. Özünü taleyin hökmünə buraxan Varisə şir toxunmadan uzaqlaşır.
Sanki şir də qarşısındaki bu bir dəri, bir sümük, tərpənməyə heyi olmayan qızın
sadəcə minlərlə Somalililərdən biri olmadığını dərk edir. Onun yaşamağının
əhəmiyyətli olduğunu şir də təstiqləyir sanki. Qarşısındaki insan bir neçə il
sonra Somali həqiqətləri, realliğlarını, vəhşətini bütün dünyaya car çəkəcək insan idi...
Varis öz həyatını zəmanət altına aldıqdan
sonra düşündüyü ilk şey özü kimi, geridə buraxdığı yüzlərlə, yeniyetmə çağında
şikəst edilən, həm mənəvi psixoloji, həm fiziki şiddətə məruz qalan Somali
qadınlarının həyatını dünya ictimayyətinə çatdırmaq olur.
“Səhra
çiçəyi”nin əsas mövzuzu qadın sünnəti və bunun törətdiyi fəsadlar olsa da, özü
də bilmədən digər qaranlıq məqamlara işıq tutur. Varisin həyatın axışına
uyğunmuş kimi danışdığı hadisələr oxucunu dəhşətə gətirir. Nə qədər şanslı
olduğumuzu, necə rahat yaşadığımızı şillə kimi üzümüzə vurur.
Varis güc, iradə
simvoludur. Elə bir cəhənnəmdən qaçmağa cəhd etmək, hər addımda onu pis həşərat
kimi əzməyə hazır, iyrənc xislətli Somalinin “namuslu kişilərinə” qarşı
dirənmək, aclıqla, tənhalıqla, uşaqlığından ona yadigar qalan şikəst qadınlığı
ilə mübarizəyə cəsarət etmək, yüzillərdən bəri mövcud olan milli adət-ənənəylə,
onun qoruyucusu olan cahil insanlarla kəllə- kəlləyə gəlmək hər qızın işi
deyil. Somali kimi bir yerdən, adicə bir qurtum su üçün günlərcə ac- yalavac,
ayaqyalın, səhralarda gəzən insanların olduğu yerdən bu yerlərə qədər gəlməyi bacarmış
iradə qarşısında sadəcə riqqətə gəlmək olar.
Uşaqlığın verdiyi cahilliklə sünnət olunmağa can
atan Varis bunun mənəvi sarsıntısını ömrü boyu daşısa da, fiziki ağrısını qərbin
ona bəxş etdiyi azad şəraitdən istifadə edərək qismən də olsa azalda bilir.
Atasının bir- iki dəvə müqabilində 14 yaşlı qızı 60
yaşlı kişiyə vermək istəməsi Varisi qəti hərəkətə keçməyə vadar edir. Çox çətinliklə
də olsa şəhərə gedib bir müddət qohmlarının yanında yaşayır. Bəxti gətirir və
Solaminin Londondakı səfirinin evində qulluqçu olur. Bununla da London həyatı
başlayır. Dörd il sonra ailə təzədən Somaliyə qayıdanda Varis Londonda qalmağa
qərar verir.
Tənhalıq, dil bilməmək, pulsuzluq, plansızlıq, fəqli
həyat tərzi Varisin ümidlərini öldürmür. O həyata daha sıx bağlanır. Daha dişli
şəkildə yaşamaq mübarizəsinə başlayır. Çətinliklə də olsa bacara biləcəyi bir
iş tapır. Varis hazırda tutduğu mövqeni, yaşadığı zəngin və rahat həyat tərzini,
şöhrəti planlamır. O yanlız yatmağa isti yataq, yeməyə qarındolusu yemək
arzulayırdı. Çətinliklə dolu həyatında sadəcə sağ qalmaq və sağlamlığına
qovuşmaq istəyirdi. Varis eyni zamanda milli köklərinə bağlı bir insandır. Ölkəsində
hər nə qədər işgəncələrə məruz qalsa da, onu yaxşı cəhətləri ilə də xatırlamağa
çalışır. Ailəsi üçün darıxır. Onları təzədən görməyə can atır və Somali
qadınları üçün nəsə etməyə cəhd edir. Ən azından onların haqq səsini dünya
ictimayyətinə çatdırır. Varis modelliyin ona gətirdiyi şöhrətdən istifadə edərək
həyəcan təbili çalır.
Əsəri oxuyarkən heç bir təmtarağa, mübaliğəli sözlərə
rast gəlməyəcəksiniz. Varisin dili, təhkiyə üsülu da özü kimi sadə və safdır.
“Səhra çiçəyi” romandan daha çox susuz Afrika çöllərində
doğulmamağımıza dair şans haqqında balladadır sanki... roman esasinda film de cekilib
yazilar ag olsunda bawim agradi oxuyanda
YanıtlaSil