20 Nisan 2017 Perşembe

Çarlz Dikens “Böyük ümidlər” (tehlil)


İnsanın ən böyük xəyanəti öz-özünə etdiyi xəyanətdir məncə. Əqidəsinə, hədəflərinə, fikirlərinə, qələmə və dəftərə, ən çox sevdiyi və ən yaxşı bacardığı işə etdiyi xəyanət. Xəyanət bağışlanırmı bilmirəm, amma ziyanın yarısından da qayıtmaq yaxşıdır. 
Bir əsər haqqında fikir yürütmək ixtisasdan əlavə zövqdür mənim üçün. Elə əsərlər var ki, onları təhlil etmək kifayət deyil, onu yaşamaq yenidən yaratmaq, əsər haqqında əsər yazmaq ehtiyacı hiss edirsən...
Əslində bir kitabın insana verəcəyi bir şeydən, bağışlayacağı təsirdən bir qədər artıq nəsə var bəzi əsərlərdə. Çox təəssüf ki, bizim dilimiz şirin olsa da bütün hissləri ifadə etmək üçün yetəri qədər zəngin deyil. Bunu daha çox Çarlz Dikensin “Böyük ümidlər” romanını oxuyanda hiss etdim. 
Həqiqətən Çarlz da Dostoyevski kimi bəzi oxucuların (çox oxucuların) heç vaxt keçirmədiyi hissləri, həyatı boyu yaşamadığı duyğunu onların yadına salır, onunla tanış edir. Məhz o yazıçıların əsərlərini oxuyandan sonra insana məlum olur ki, həyatın bizim yaşadığımız səthindən başqa da bir qatı var və əslində bizim bilmədiyimiz, heç vaxt yaşamadığımız, varlığından belə xəbərimiz olmayan dərinliyi var...


Və əgər iki insandan biri digərini yaşama səbəbidirsə, o insanlardan ikisi də ya öləcək, ya yaşayacaq. O əsərdə iki insan haqqında, bir insanın başqa insanı necə yaşatması, necə öldürməsi haqqında nağıl var. 
Biri var idi, biri yox idi. Bir uşaq var idi, oğlan uşağı. Uşaq deyirəm, amma əslində böyümüşdü o, çox böyümüşdü. Onu uşaq hesab edən hər kəsdən çox böyük idi. Xəyallarda yaşayırdı. Xəyalındakı yağışlar gerçəyə çevrildiyi kimi xəyalındakı sevgini də gerçəkdə tapdı bir gün. Gerçək sevgilinin xəyalında yer yox idi ona amma. Oğlan hər gerçəyi xəyal kimi yaşayacaq qədər xəyalpərəst idi, qızın dünyası isə hansısa xəyalı qaldırmayacaq qədər real idi. Həyata çox iddialı idi - karyera, pul, məhzəb, şöhrət ... Sevgidən başqa hər şey...


Oğlanın bunların heç birin ona verəcək gücü yox idi. Oğlan sadəcə sevirdi onu. Böyük ümidlər bitmirdi, tükənmirdi. Sevgisi kimi. Bu sevgidən mövzu yarandı, film yarandı, musiqi yarandı, sevgi yarandı, xəyal yarandı...
Biri var idi, biri yox idi. Bir qız var idi. O heç vaxt uşaq olmamışdı. Onun xəyal aləmi də yox idi. Hamının dünyası idi onun da dünyası. Bir musiqi qanadlarında sevgi gəldi bir gün. Sevgiylə bərabər uşaqlıq da gəldi, xəyal da, qanadlar da, böyük ümidlər də...
Biri xəyaldan qopan mif, biri gerçəkdən qopan xəyal. Mif musiqi yaradarkən, musiqi xəyal yaratdı, ümid yartadı, böyük ümidləri yaratdı. “Sevgiyə gecikməyin!” Fikrini yaratdı. Onun qürurunuza, iddialarınıza satmayın fikirni yaratdı. Sevgini bacardıqca reallıqdan uzaq tutun dedi. Reallıqla qovuşduğu gün sevgi çilik-çilik olacaq dedi.
Musiqidən yaranan xəyal gerçəkliyə can atdı, reallığa can atdı, sevgiylə xəyalı eyni dünyada var etməyə can atdı. Amma bu mümkün deyildi.
Bir də bir musiqiyə can atdı, “Adını bilmirəm, filmin adı “Böyük ümidlər” idi”- dedi.
- Taparam o böyük ümidləri...
Böyük ümidləri axtaran yolda kiçik ümidlər də suya düşdü. Xəyallar bitdi. Musiqi qurtardı. Xəyalda yaranan mif bir çox insanları lazımsız böyük ümidlərin ağuşuna aldı. Son ümidlər heç ölmədiyinə görə vay ümidlərə qapılıb gedən insanların halına...

Bir xəyaldan mövzu, mövzudan film, filmdən musiqi, musiqidən sevgi, sevgidən xəyal yarandı, xəyal həmişə böyük ümidlərə aparır...
Mən o musiqini tapdım... Live in Mono...
Hər qulaq asanda da bir nağıl düşür yadıma...
Bir uşaq haqqında deyil bu nağıl, bir uşaq üçün deyil. Dünyanın ən yaşlı insanı üçündür böyük ümidlər...Məni uşaq bilənlər, dünyanın ən yaşlı insanıyam mən..
Roman əsasında film də çəkilib. Musiqisi filmindən daha məşhurdur, məncə. 
(P.s bu yazi 2014-ci ildə yazılıb)

Hiç yorum yok:

Yorum Gönder