24 Mart 2017 Cuma

Intihar mektubu

Intihar məktubu...
not: Ilk öncə qeyd edim, bu yazını haradasa 2-3 ay əvvəl yazmışdım. Dəyanət Rzayevin intiharından təsirlənmişdim. Sadəcə ani gələn fikirlərin məhsulu olduğunu düşünüb dəftərin bir küncündə saxladım. Özüm üçün yazmışdım. Üzə çıxartmaq niyətim də yox idi. Bu gün nədənsə təkrar oxudum...
Söz var e, deyirsiz intihar etmək zəyiflik əlamətidir. Zəyiflik deyil. Əksinə, güclü olanlar intihar edə bilir. Intihar mənim üçün cəsarət, iradə, qorxmazlıq simvoludur. Buna qərar vermək və həyata keçirmək insandan çox böyük güc tələb edir. Zəiflər bunu bacarmaz.
Hər insan ömründə heç olmasa bir dəfə də olsun intihar haqqında düşünür. Amma onu istəmək, istəyi nümayiş etdirmək hələ onu tətbiq etmək demək deyil. Bəziləri bu barədə elə sadəcə düşünür. Bu addım diqqət çəkmək, nəzərlərin özündə cəmlənməsini təmin etmək, və ciddiyə alınmaq istəyindən doğur. Yəni əslində məsələ “olum ya ölüm” kimi fəlsəfi sualda deyil, məsələ getmək, “Azad” olmaq deyil bəzən. Bu daha çox yeniyetməlikdə olur. Bir az da şüuraltı olaraq təhdid xarakteri daşıyır. Yəni bax öldürərəm ha...
Onlara bir sözüm yoxdur. Ya da var: get öldür!
Öldürən, bunu həqiqətən istəyən “Öldürərəm ha!” demir. Bunu edir. Bəzən bu yeniyetmələr təhdidin amansız tələsinə də düşürlər. Ip salım boğazıma, onsuz gəlib xilas edəcəklər.  Amma onlar iplə zarafat etmək olmadığını bilmirlər. Məndən sizə bir məsləhət, əgər bunu diqqət çəkmək, göz qorxutmaq üçün edirsizsə o zaman damar kəsmək, həb udmaq və digər vasitələrə müraciət edin. Özünü asmağın texnikası təhdid üçün münasib üsul deyil...
Tarixdə bəzi intiharlar var ki, burada təhdiddən söhbət gedə bilməz. Bu intiharlar “Səviyyəli”dir. Cek London, Sergey Yesenin, Ernest Heminquey, Dəyanət Rzayev...
Bu insanlar özümü öldürərəm demədən özlərini öldürdülər.
Bəs əslində intihar nədir? Cəsarət yoxsa qorxaqlıq? Son yoxsa başlanğıc? Əlacsızlıq yoxsa seçim? Istənilən halda bu qərarı vermək böyüklk tələb edir. Iradə tələb edir.
Mən işin cənnət-cəhənnəm, savab –günah tərəfi ilə maraqlanmıram. Insan özünü öldürməklə cənnətdən məhrum olur, düzdür. Amma o cənnətin elə bu dünyada olduğunu düşünürəm. (Elə cəhənnəmin də...)
Özünü öldürdünsə, hazırda, böyük ehtimal, cəhənnəmin yaşadığın dünyanın cənnətini görmək üçün olan şansdan özünü məhrum edirsən. Istənilən halda özünü bir cənnətdən məhrum edirsən. Ola bilməz ki, bu dünya ancaq cəhənnəmdən ibarət olsun. Ola bilməz ki, tutunacaq bir tərəfi, qulpu olmasın. Ola bilməz ki, heç bir işıq ucu, ümid olmasın. Hökmən var. Intihara qərar vermiş hər bir şəxs özünə bir az vaxt tanısa, küsüb getdiyi bu həyata bir daha şans versə, eqoistcəsinə, əlinin tərsiylə sildiyi doğmalarına yazığı gəlsə bu cənnəti görəcək.
Cəmiyyətimiz intihar edəni birmənalı olaraq tənqid edir. Bunu bir az da idarə panelinin əldən çıxması ilə əlaqələndirmək olar. Insanlar sevir idarə etməyi. Kiməsə diqtə etməyi. “ həyatına bunu et, onu etmə, bunu al, onu alma, bu düzdür, o səhv!”
Və birdən, biri durub o qayda zəncirlərinin birini qırır qəfil. Sizin lazımsız bildiyiniz hərəkəti lazımlı bilir, həyata keçirdir. Kimsə cəmiyyətin fikrini, reaksiyasını vecinə almayıb seçim edir. Cəmiyyət ən çox da bunu bağışlamır...
Intihar edənlərdə bir az da bu cəmiyyətə üsyan etmək istədikləri üçün atırlar bu addımı. Acığa, dərs verməyə, meydan oxumağa yönəlik bir addımdır bu bəzən...
Bir də nə qədər güclü, cəsarətli olduqlarını nümayiş etdirmək üçün.

Bu qədər cəsarətli olmayın. Onun heç kimə faydası yoxdur...

Hiç yorum yok:

Yorum Gönder