30 Mart 2017 Perşembe

Heç kim sənə heç nə borclu deyil


Qızıma hədiyyə

(Bu yazı müəllifi tərəfindən 9 yaşlı qızına həsr olunmuşdur.) Budur, yenə Yeni il gəlir və mən hər zamanki problemlə üz-üzəyəm: sənə nə hədiyyə edəcəyimi bilmirəm. Bilirəm ki, səni çox şey maraqlandırır – kitablar, oyunlar, paltarlar. Ancaq, mən çox eqoist insanam. Sənə elə bir şey hədiyyə etmək istəyirəm ki, səndə daha çox müddətdə qalsın. Sənə elə bir hədiyyə vermək istəyirəm ki, hər Yeni ildə məni xatırlatsın. Əgər sənə bir şey verə biləcəyəmsə, bu elə sadə həqiqət olmalıdır ki, onu öyrənməyim illərimi aldı. Əgər sən onu indi anlasan, o sənin həyatını qat-qat yaxşılaşdıracaq. Bu həqiqət onun barədə eşitməmiş insanları yaralayan problemlərdən səni uzaqlaşdıra bilər. Bu həqiqət sadədir: Heç kim sənə heç nə borclu deyil.

Bu nə deməkdir?
Bu sadə sözlər nə üçün bu qədər vacib ola bilər? Bəlkə hələ də hiss etmirsən, ancaq bu həqiqətin dərk olunması sənin bütün həyatını xilas edə bilər. Heç kimin sənə borcu yoxdurHeç kəs sənin üçün yaşamır, mənim övladım. Onun üçün ki, sən – bu sənsən, başqa heç kim deyilsən. Hər kəs özü üçün, öz xoşbəxtliyi naminə yaşayır. Bu həqiqəti nə qədər tez dərk etsən, kiminsə səni xoşbəxt edə biləcəyi gözləntilərindən xilas olacaqsan.Bu o deməkdir ki, heç kimin səni sevmək öhdəliyi yoxdur. Əgər səni kimsə sevirsə, bu o deməkdir ki, səndə onu xoşbəxt edən xüsusi nəsə var. Bu xüsusi şeyin nə olduğunu anlamağa çalış, onu gücləndir ki, səni daha çox sevsinlər. Demək ki, hansısa səbəbə görə sən onlar üçün dəyərlisən və onlar səni razı salmaq istəyir. Onun üçün deyil ki, sənə kimsə hər nəsə borcludur. Heç kim səni bəyənməyə məcbur deyil. Əgər dostların səninlə birlikdə olmaq istəyirlərsə, bu onların öhdəliyi deyil. Başqalarını nəyin xoşbəxt edə biləcəyini axtar tap və beləcə onlar sənin yanında olmaq istəyəcəklər.Heç kimi sənə hörmət göstərməyə məcbur deyil. Hətta, bəzi insanlar sənə qarşı xeyirxah olmaya da bilər. Ancaq, anlamağa başlasan ki, insanlar sənə qarşı xeyirxah olmağa məcbur deyil, səni yaralaya biləcək insanlardan qaçmağı öyrənəcəksən. Sən özün də onlara heç nə borclu deyilsən.
Öz həyatını yaşa
Heç kim sənə heç nə borclu deyil.Sən sadəcə özün üçün daha yaxşı olmalısan. Belə olduqda başqaları səninlə birlikdə olmaq və onlara verdiklərinin əvəzində sənin arzu etdiyin şeyləri təmin etmək istəyəcəklər.Bəzi insanlar sənə aid olmayan səbəblər üzündən səninlə birlikdə olmağı istəməyəcəklər. Bu baş verdikdə, özünün arzu etdiyi münasibətləri axtar tap. Başqasının problemini öz problemin etmə.Başqalarının sevgi və hörmətini qazanmalı olduğunu anladığın vaxt mümkün olmayanlar barədə gözləntilərini azaldacaq və məyus olmayacaqsan. Başqaları sahib olduqları heç nəyi – nə düşüncə, nə də duyğularını səninlə bölüşməyə məcbur deyil.Əgər onlar bunu edirsə, demək ki, sən bütün bunlara layiq olmusan və aldığın sevgi və dostlarının sənə bəslədiyi hörmət ilə qürur duymağa haqqın var, sən bunu özün qazanmısan.  Ancaq, bunu sanki olmalıymış kimi qəbul etmə, çünki, qazandıqlarını asan şəkildə itirə bilərsən. Bunlar sənin hüquqların deyil, sən hər zaman onu qazanmalısan.
Mənim təcrübəmMənə heç kimin mənə borclu olmadığını anladığım gün sanki çiynimdən böyük daş götürüldü. Bunun belə olmadığını düşündüyüm vaxta qədər arzuladığımı əldə etməyəndə fiziki və emosional olaraq çox yorulurdum.Heç kimsə mənə hörmət etməyə, mənimlə dostluq qurmağa, məni sevməyə və məni inkişaf etdirməyə məcbur deyil. Bunu dərk etdiyim andan etibarən insanlarla münasibətlərim mənim üçün məmnuniyyət verici olmağa başladı. Mən birlikdə olmaq istədiyim insanlarla münasibət qurmağı və sadəcə etmək istədiyim şeyləri etməyi öyrəndim.Bu həqiqəti anlamağım mənə dostlarım, biznes partnyorlarım, sevdiyim insanlar və potensial müştərilər və yad insanlarla yaxşı münasibətlər qurmağa kömək etdi. Bu həqiqət davamlı şəkildə mənə xatırladır ki, arzu etdiyimi almaq üçün başqa insanların dünyasına daxil olmağı bacarmalıyam. Mən başqa insanların nə hiss etdiyini, onlar üçün nələrin vacib olduğunu və nə istədiyini anlamağa çalışmalıyam. Ancaq bu vaxt mən bu insanlarla ünsiyyət qurmağı istəyib, istəmədiyimi anlaya bilərəm.İllər boyu öyrəndiyimi bir neçə cümlədə izah etmək asan iş deyil. Bəlkə sən hər Yeni ildə bu məktubu təkrar-təkrar oxusan, onun mənası hər il sənə daha aydın olar.Ümid edirəm ki, bu belə də olacaq, çünki, bu həqiqəti sənə bacardıqca tez mənimsəməlisən – Heç kim sənə heç nə borclu deyil.Harry Browne25 dekabr, 1966Harry Browne – (17 iyul 1933 – 1 mart 2006) – Amerikalı yazıçı, siyasətçi və investisiyalar üzrə məsləhətçi. 1996 və 2000-ci illərdə ABŞ Prezidentliyinə seçkilərdə Liberal Partiya tərəfindən namizədliyi irəli sürülmüşdür. 2 milyon nüsxədən çox satılan 12 kitabın müəllifidir.

Hiç yorum yok:

Yorum Gönder